Dünya

Kişinin qeyri-adi vəsiyyəti: Vida mərasimi barda keçirildi - VİDEO

21 Noyabr 2023 10:59
Baxış: 1 533
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

El Salvadorlu Darvin Bernal ölümündən bir qədər əvvəl qeyri-adi bir cənazə mərasimi vəsiyyət edib. Yaxınları onun arzusunu məmnuniyyətlə yerinə yetiriblər.

Milli.Az sfera.az-a istinadən bildirir ki, mərhumla vidalaşma zamanı lentə alınan video bütün dünyada sosial şəbəkələrdə viral olub.

Mərhumla vida mərasimi noyabrın 5-də La Uniondakı "El Pacifico" adlı barda keçirilib. 

Qızı Mersedes Bernal jurnalistlərə açıqlamasında "Ölməzdən əvvəl o, bizə mərasimin diskotekada olmasını istədiyini dedi və elə də oldu. Atam, əylənməyi və rəqs etməyi çox sevirdi" deyib.

Darvinin ailəsi açıq tabutu rəqs meydançasında mərkəzi səhnəyə çıxarıb, bu zaman fonda Latın musiqisi çalınıb.

Sosial şəbəkələrdə bir çox insan əyləncəni sevən atanın son arzusunu yerinə yetirdiyi üçün ailəni tərifləyib, onlara təşəkkür edib. Bir qrup isə bu cür mənasız hərəkətə görə hər kəsin ağlını itirdiyini yazıb. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.