Dünya

Bayden həyat yoldaşını Meksika prezidentinə qısqandı

18 Noyabr 2023 19:00
Baxış: 892
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Co Bayden etiraf edib ki, həyat yoldaşı Cil Baydeni Meksika rəhbəri Andrés Manuel López Obradora qısqanıb.

Milli.Az publika.az-a istinadla xəbər verir ki, bu barədə "Daily Mail" yazıb. ABŞ liderinin sözlərinə görə, meksikalı həmkarı ilə görüşü zamanı həyat yoldaşı Cill Bayden Latın Amerikası dövlətinin liderini bəyəndiyini deyib.

"Dünən axşam nahar etdik. Sən mənim həyat yoldaşımın yanında oturmuşdun və o qədər cazibədar idin ki, onun səni məndən çox bəyənməsindən narahat oldum", - Bayden zarafat edib.

Cavabında Meksika lideri nəzakətlə gülümsəyib və bu açıqlamaya münasibət bildirməyib.

Xatırladaq ki, ABŞ Konqresi Baydenin "idrak qabiliyyətlərinin zəiflədiyindən" narahat olduğunu bildirmişdi. Amerika Konqresinin Nümayəndələr Palatasının yeni spikeri respublikaçı Mayk Conson izah edib ki, senatorların əksəriyyəti bu fikirdədir Üstəlik, məsələ Baydenin şəxsiyyəti və xarakteri ilə deyil, yaşı ilə bağlıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.