İsrail ordusu (İDF) ilk dəfə olaraq Qəzza zolağının cənubundakı bir neçə bölgənin sakinlərini dərhal evlərini tərk etməyə çağırıb.
Milli.Az bizim media-ya istinadla xəbər verir ki, bu barədə İsrail Nazirlər Kabineti başçısının nümayəndəsi "Sky News Arabiya" telekanalına bildirib.
O qeyd edib ki, sektorun şimalında HƏMAS-ın məhv edilməsindən sonra İDF-nin döyüş əməliyyatları anklavın cənubuna köçürüləcək.
Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib.
Bunun ardınca İsrail ordusu Qəzza zolağında "Dəmir qılınclar" adını verdiyi hərbi əməliyyata başlayıb.
Milli.Az