Dünya

11 ildən sonra ilk dəfə - Rəisi ilə Sisi görüşdü

11 Noyabr 2023 22:07
Baxış: 782
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İran Prezidenti İbrahim Rəisi Ər-Riyadda Misir Prezidenti Əbdülfəttah Sisi ilə görüşüb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, prezidentlər İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin dövlət başçılarının Qəzzadakı vəziyyətlə bağlı fövqəladə iclası çərçivəsində görüşüblər.

Misir Prezidenti Sisi İsrail-Fələstin hadisələrində ölkəsinin daha çox əziyyət çəkdiyini bildirib. İran Prezidenti isə Qəzza xalqına humanitar yardımın çatdırılması üçün Misirin əməkdaşlığı ilə Rəfah Sərhəd Qapısının dərhal və qeyd-şərtsiz açılmalı olduğunu vurğulayıb.

Qeyd edək ki, iki liderin görüşü ilk dəfədir baş tutur. Çevriliş nəticəsində devrilmiş Misirin mərhum prezidenti Məhəmməd Mursi ilə İranın keçmiş prezidenti Mahmud Əhmədinejad arasında 2013-cü ilin fevralında görüş olub.

Milli.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.