Dünya

İsraili dəstəkləyənlər bu səsi eşitməlidir - Ərdoğan

11 Noyabr 2023 17:42
Baxış: 1 031
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

36 gündür ki, mülki əhali birbaşa hədəfə alınıb. Qəzzada xəstəxanaların, məktəblərin və qaçqın düşərgələrinin bombalandığı, dinc əhalinin kütləvi şəkildə qətlə yetirildiyi tarixdə görünməmiş barbarlıqla qarşılaşırıq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ər-Riyadda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qəzza zolağındakı vəziyyəti müzakirə etmək üçün növbədənkənar sammitində çıxışı zamanı deyib.

"Qəzzada zülm qarşısında susanlar da zalımlar qədər qana şərikdirlər. Hər zaman insan hüquq və azadlıqlarından danışan Qərb ölkələrinin Fələstində davam edən qırğınlar qarşısında susması utancvericidir. Qərbin münasibəti acizlik və qorxaqlıqdır. İsraili dəstəkləyən ölkələr meydanların səsini eşitməlidir", - Ərdoğan bildirib.

Milli.Az 

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.