Dünya

Baydenin qərarı ərəbləri narazı saldı – Xəbərdarlıq edildi

10 Noyabr 2023 22:27
Baxış: 861
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikalı diplomatlar Ağ Evə xəbərdarlıq ediblər ki, ABŞ İsrailin Qəzza zolağındakı əməliyyatına fəal dəstəyi fonunda ərəb dünyasındakı etibarını itirir.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə ABŞ-ın Omandakı səfirliyinin ABŞ Milli Təhlükəsizlik Şurası, Mərkəzi Kəşfiyyat İdarəsi və Federal Təhqiqatlar Bürosuna göndərdiyi teleqramda deyilir.

"Bayden administrasiyası ərəb ölkələrindəki ABŞ diplomatlarından kəskin xəbərdarlıq alıb ki, İsrailin Qəzza zolağında dağıdıcı və ölümcül hərbi kampaniyasına fəal dəstək ərəb ictimai rəyini gələcək nəsil üçün itirir", - məlumatda bildirilir.

ABŞ-ın İsrailə aktiv dəstəyi ərəb dünyasında etirazla qarşılanıb.

ABŞ-ın Qahirədəki səfirliyindən CNN-ə verilən başqa bir teleqramda Misir dövlət qəzetinin şərhinə istinadla qeyd olunur ki, Prezident Co Bayden qəddarlığı və fələstinlilərə etinasızlığı ilə bütün sələflərini geridə qoyub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.