Dünya

HƏMAS humanitar yardım müqabilində bu qədər girovu azad edəcək

9 Noyabr 2023 15:28
Baxış: 721
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağına humanitar yardımın çatdırılmasına və əsirlərin çıxarılmasına icazə verilməsi üçün hərbi əməliyyatların üçgünlük dayandırılması müqabilində 15-ə qədər girovun azad edilməsi ilə bağlı danışıqlar aparır.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "The New York Times" qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Nəşr qeyd edib ki, razılaşmaya silahlıların əlində olan bir neçə amerikalı da daxildir. Lakin azad ediləcək girovların dəqiq sayı hələ də müzakirə mövzusu olaraq qalır. Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnsün də iştirak etdiyi danışıqlar Qətərin vasitəçiliyi ilə aparılıb.

İlkin məlumata görə, HƏMAS və digər fələstinli qruplaşmaların əlində 240-dan çox girov var.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.