Dünya

Ukrayna Rusiya ilə müharibə strategiyasını dəyişir

5 Noyabr 2023 21:53
Baxış: 771
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Rusiya ilə müharibə strategiyasını dəyişməyi nəzərdən keçirir.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "NBC News"a müsahibəsində deyib.

"Hərbçilərimiz daha sürətli irəliləmək və Rusiyaya gözlənilməz hücumlar etmək üçün müxtəlif planlar, fərqli əməliyyatlar üzərində işləyirlər", - o bildirib.

Eyni zamanda, Zelenski ABŞ ordusunun, digər müttəfiqlərinin və hətta Ukrayna Silahlı Qüvvələrinin baş komandanının 20 aylıq şiddətli döyüşlərdən sonra müharibənin dalana dirənməsi ilə bağlı son bəyanatlarını təkzib edib.

"Onlar bizi məğlub edəcəklərini düşünürdülər, lakin bu baş vermədi. Bunun dalan olduğunu sanmıram", - dövlət başçısı vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.