Dünya

Ermənistan Rusiyadan asılılığı azaltmaq üçün buna əl atır

3 Noyabr 2023 14:18
Baxış: 790
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan Rusiyadan asılılığı azaltmaq üçün xarici ticarət əlaqələrini aktiv şəkildə şaxələndirir.

Milli.Az APA-ya istinadən bildirir ki, parlamentdə büdcə müzakirələri zamanı iqtisadiyyat naziri Vahan Kerobyan Avropa İttifaqının aparıcı üzv ölkələri ilə ticarətin artdığını bəyan edib.

Nazirin sözlərinə görə, o cümlədən Fransa ilə ticarət dövriyyəsi 53%, Almaniya ilə 40%, Hollandiya ilə 44% artıb.

Ümumilikdə 9 ay ərzində Aİ ilə ticarət dövriyyəsi 40% artaraq 2,1 mlrd. dollara çatıb. Beləliklə, Aİ Ermənistanın Rusiyadan sonra ikinci ən böyük ticarət tərəfdaşı olub.

Qeyd olunur ki, hesabat dövründə Ermənistanın Rusiya Federasiyasının özü ilə ticarət dövriyyəsi 50%, Avrasiya İqtisadi Birliyi ilə isə 44% artıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.