Dünya

ABŞ bu iki ölkəyə sanksiya tətbiq etdi

2 Noyabr 2023 18:52
Baxış: 609
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Rusiyadan olan 30 fiziki və 200-ə qədər hüquqi şəxsə, həmçinin Özbəkistanın 1 qurumuna qarşı ixrac məhdudiyyətləri qoyub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ABŞ Ticarət Nazirliyi məlumat yayıb.

Bu strukturların Rusiya hərbi-sənaye kompleksinə, həmçinin pilotsuz uçuş aparatlarının alınmasına yardım etdiyi bildirilir.

Departamentin məlumatına görə, bu strukturlar "ABŞ-ın milli təhlükəsizlik maraqlarına və xarici siyasətinə zidd olan hərəkətlərdə" iştirak edir.

Sanksiyalara "Lanset" PUA-sının yaradılmasında iştirak edən Zaxarov, onun ailə üzvləri də daxil edilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.