Dünya

İsrail hərbi əməliyyatları bir neçə saatlıq dayandıra bilər

1 Noyabr 2023 22:45
Baxış: 839
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrail hərbi əməliyyatları bir neçə saatlıq dayandıra bilər.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Politico" qəzeti İsrail rəsmisinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, İsrail bununla bağlı müzakirələr aparmağa hazırdır. Söhbət humanitar yüklərin daşınması üçün hərbi əməliyyatlarda fasilədən gedir.

Bununla belə, qəzet yazır ki, atəşkəslə bağlı danışıqlar hələ müzakirə olunmur.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrailə hücum edib. İsrail Müdafiə Ordusu isə əks-hücum həmlələrinə başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.