Dünya

Bu 2 ölkə İsraildən səfirlərini geri çağırdı

1 Noyabr 2023 10:36
Baxış: 1 079
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kolumbiya Prezidenti Qustavo Petro sosial şəbəkədə respublikanın İsraildəki səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəldiyini açıqlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, Çili Prezidenti Qabriel Boriç ölkə hökumətinin də analoji qərar qəbul etdiyini deyib.

"Mən İsraildəki səfirimizi məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəldim. Əgər İsrail Fələstin xalqının qətliamını dayandırmasa, biz orada ola bilməyəcəyik", - Petro yazıb.

"İsrailin Qəzza zolağında törətdiyi beynəlxalq humanitar hüququn qəbuledilməz pozuntularına görə Çili hökuməti olaraq Çilinin İsraildəki səfiri Xorxe Karvaxalı məsləhətləşmələr üçün Santyaqoya geri çağırmaq qərarına gəldik", - Boriç bildirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.