Dünya

Lukaşenkodan gözlənilməz addım: Rusiyadan təzminat tələb edir

31 Oktyabr 2023 16:40
Baxış: 1 181
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Belarus Rusiyadan "BelAES"ə görə təzminat tələb edir.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, təzminatın tələb edilməsinə səbəb Rusiyanın "Rosatom" şirkəti tərəfindən inşa edilən "Belarus" AES-in istismara verilməsinin ləngidilməsidir.

"Belarus" AES-in istismara verilməsinin gecikdirilməsi ilə əlaqədar Belarus Rusiya tərəfindən təzminat istəyir. Aleksandr Lukaşenko söyləyib ki, stansiyanın istismara verilməsi müddətləri pozulub və buna görə Rusiya tərəfi məsuliyyət daşıyır. Belarusun ümumi gücü 2400 MVt olan iki reaktorlu AES-i Qrodno vilayətinin Ostrovets şəhəri yaxınlığında tikilib.

Stansiyanın tikintisinin baş podratçısı Rusiyanın "Rosatom" dövlət korporasiyası olub. Onun tikintisinə dair müqavilə Moskva ilə Minsk arasında 2011-ci ildə bağlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.