Dünya

Ərdoğandan əhaliyə Fələstin çağırışı

28 Oktyabr 2023 08:22
Baxış: 913
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün İstanbulda keçiriləcək Fələstinə dəstək mitinqində vətəndaşları iştirak etməyə çağırıram.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciətində deyib.

"Xalqımızın hər bir nümayəndəsini Atatürk Hava Limanında keçirəcəyimiz "Böyük Fələstin mitinqi"nə dəvət edirəm. Fələstinli qardaşlarımıza həmrəy olduğumuzu dünyaya nümayiş etdirməliyik", - deyə Türkiyə lideri bildirib.

Qeyd edək ki, bu gün keçirilməsi nəzərdə tutulan mitinqə xarici ölkə liderləri də dəvət edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.