Dünya

İsraildən atəşkəs təklifi: HƏMAS rədd etdi

27 Oktyabr 2023 19:23
Baxış: 976
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrail bütün girovların azad edilməsi və Qəzza zolağında ölən israillilərin cəsədlərinin qaytarılması müqabilində atəşkəs təklif edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Əl Ərəbiyyə" telekanalı məlumat yayıb.

"İsrail bütün girovların azad edilməsi və ölən israillilərin cəsədlərinin təhvil verilməsi müqabilində atəşkəs təklif edib. Lakin HƏMAS bu təklifi rədd edib və fələstinli məhbusların azad edilməsini tələb edib", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, girovların azad edilməsi üçün Misir və Qətərin vasitəçiliyi ilə HƏMAS ilə İsrail arasında danışıqlar aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.