Dünya

NATO-dan Rusiyaya çağırış: Qoşunları çıxart!

26 Oktyabr 2023 23:46
Baxış: 1 001
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

NATO Baş katibi Yens Stoltenberq Brüsseldə Moldovanın Baş naziri Dorin Reçan ilə görüşüb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Alyans rəhbəri X sosial şəbəkəsində qeyd edib.

O bildirib ki, NATO Moldovanın suverenliyini tam dəstəkləyir, yəni Dnestryanının müstəqilliyini tanımır:

"Hörmətli tərəfdaşımız Moldovanın Baş naziri Dorin Reçan ilə görüşməyimə şadam. NATO sizin suverenliyinizi və ərazi bütövlüyünü tam dəstəkləyir və biz Rusiyanı öz qoşunlarını ərazinizdən tamamilə çıxarmağa çağırırıq", - Stoltenberq yazıb.

O əlavə edib ki, Moldova NATO-nun dəstəyinə arxalana bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.