Dünya

Hakan Fidan Qətərə gedir

24 Oktyabr 2023 21:37
Baxış: 497
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə xarici işlər naziri Hakan Fidan 24-25 oktyabr tarixlərində Qətərdə rəsmi səfərdə olacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

H.Fidan səfər proqramı çərçivəsində Dohada Qətər Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhmanla bir araya gələcək və Qətər əmiri Şeyx Təmim bin Həməd əl Sani tərəfindən qəbul ediləcək.

Görüşlərdə Dohada keçirilməsi nəzərdə tutulan Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin 9-cu iclasına hazırlıq, ikitərəfli əlaqələrin müzakirə edilməsi gözlənilir.

Bundan əlavə, Fələstindəki son hadisələr başda olmaqla, regional və beynəlxalq proseslərlə bağlı da fikir mübadiləsi aparılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.