Dünya

Qəzzada ölən uşaqların sayı açıqlandı

24 Oktyabr 2023 10:28
Baxış: 948
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qəzzada və İordan çayının qərb sahilində 17 gün ərzində şiddətlənən Fələstin-İsrail qarşıdurması nəticəsində iki mindən çox uşaq ölüb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Save the Children" beynəlxalq xeyriyyə təşkilatı məlumat yayıb.

"Son 17 gündə Qəzzada ən azı 2 min, İordan çayının qərb sahilində isə 27 uşaq ölüb. Davamlı hava hücumları Qəzza zolağında minlərlə binanı tüstü dağıntılarına çevirib", - məlumatda deyilib.

4600 uşağın isə yaralandığı bildirilib, onların bəzilərinə yanıq, bəzilərinə mərmi partlayışları nəticəsində əzalarının itirilməsi diaqnozu qoyulub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.