Dünya

İsrail HAMAS-a bu qədər ziyan vurdu

24 Oktyabr 2023 09:48
Baxış: 872
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrail Müdafiə Qüvvələri son 24 saat ərzində HAMAS-ın 400-dən çox hədəfini vurub və hərəkatın bir neçə komandirini öldürüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin "Telegram" kanalında məlumat verilib.

"HAMAS-ın terror hücumları imkanlarını aradan qaldırmaq üçün genişmiqyaslı əməliyyat zamanı İsrail Müdafiə Qüvvələri onlarla döyüşçüyə və hərəkatın məscidlərdəki dayaq nöqtələrinə zərbələr endirib", - İsrail ordusu bildirib.

Bundan əlavə, İsrail ordusu HAMAS-ın qazdığı tunellərə zərbə endirib. Zərbələr nəticəsində Nuseyrat, Şati və Furqan batalyonlarının komandir müavinləri məhv edilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.