Dünya

Qəzzada əməliyyat: İsrail əsgəri öldü

22 Oktyabr 2023 22:48
Baxış: 971
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qəzza sərhədi yaxınlığında İsrail ordusunun bir əsgəri ölüb, daha 3-ü yaralanıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə İsrail ordusunun nümayəndəsi Daniel Haqari deyib.

"Qəzza yaxınlığında ordu qüvvələri oğurlanan və itkin düşənlərlə bağlı informasiya əldə etmək üçün əməliyyat keçiriblər. Bu zaman İsrail ordusunun hərbçisi ölüb, daha üçü xəsarət alıb", - deyə o bildirib.

Qeyd edək ki, bundan öncə İzəddin əl-Qəssam Briqadası Qəzza zolağına girən İsrail ordusunun iki buldozer və bir tankını məhv etdiyini, israillilərin geri çəkilməyə məcbur olduğunu bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.