HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadası Qəzza sərhədində İsrailə məxsus bir tankı və iki buldozeri məhv edib.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə qruplaşmanın bəyanatında deyilir.
Bildirilib ki, İsrail hərbçiləri Xan-Yunisdən şərqdə Qəzzaya bir neçə metr daxil olaraq pusquya düşüblər:
"Döyüşçülər içəri daxil olan qüvvələrlə vuruşaraq iki buldozer və bir tankı məhv edib və qüvvələri geri çəkilməyə məcbur ediblər", - məlumatda deyilir.
Milli.Az