İran

Laricaninin oğlu da öldürüldü

17 Mart 2026 23:13
Baxış: 523
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrail hücumunda Əli Laricani ilə yanaşı, Ali Milli Təhlükəsizlik Şurasındakı müavini Əli Bateni və onun xüsusi köməkçisi olan Əli Laricaninin oğlu da həlak olub.

Milli.Az axar.az-a istinadən bildirir ki, İsrailin İranın "Bəsic" təşkilatının iclasına hücumu zamanı təşkilatın sədr müavini Qasem Qureyşi də öldürülüb.

Mənbələr əlavə ediblər ki, qeyd olunan iclas Çərşənbə mərasimlərində mümkün etirazların qarşısının alınması mövzusunda keçirilib.

Qeyd edək ki, bu gün İsrailin müdafiə naziri İsrail Katz Əli Laricaninin öldürüldüyünü elan edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.