Dünya

ABŞ xəstəxanaya hücumun peyk görüntüsünü təqdim etsin!

20 Oktyabr 2023 20:04
Baxış: 814
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Rusiya və Şimali Koreya arasında hərbi əməkdaşlığa fərqli ad vermək əvəzinə Qəzza zolağında xəstəxanaya zərbənin peyk şəkillərini təqdim edə bilər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"İndi hamı Qəzzada xəstəxanaya hücum edildiyi, yüzlərlə insanın öldüyü və yüzlərlə insanın yaralandığı faciəni müzakirə edərkən, amerikalılardan peyk məlumatlarını da istəmək olar, çünki onlar bu ərazini peyklərdən dəqiqliklə izləyirlər. Bu cür hücum diqqətdən kənarda qala bilməzdi. Dönüb bir özünə baxmaq lazımdır, o zaman bəlkə dünya daha dinc olar", - o bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.