Dünya

HƏMAS lideri Haniyənin oğlu öldürüldü

17 Oktyabr 2023 22:45
Baxış: 914
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin oğlu İsrail Müdafiə Qüvvələrinin hücumu nəticəsində öldürülüb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Jewish Press.com" saytı məlumat yayıb.

Bildirilib ki, Hazem İsmayıl Haniyənin Qəzzada İsrail ordusunun hücumları zamanı öldürüldüyü barədə məlumat dəqiqləşdirilir.

Digər məlumata görə, kiçik Haniyəyə 2022-ci ilin iyul ayında həyat yoldaşı və iki uşağı ilə birlikdə Türkiyədəki digər ailə üzvlərinə qoşulmaq üçün Rəfah keçidi vasitəsilə Qəzzanı tərk etməyə icazə verilib. Lakin o vaxtdan bəri HƏMAS liderinin oğlu anklava gəliş-gediş edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.