Dünya

Qərb müharibəni İrana qarşı çevirir – Lukaşenko

17 Oktyabr 2023 17:59
Baxış: 781
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Qərb Yaxın Şərqdəki münaqişənin nizəsini İrana yönəldir. Tehranı bu hücumlara birgə müqavimət göstərmək üçün əməkdaşlığa çağırıram.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

"Dünyada vəziyyət qızışır. Yaxın Şərq böhranı buna təkan verir. Bizə dost olmayan dövlətlər - Amerika Birləşmiş Ştatları və Qərb bu münaqişənin nizəsini daim İrana qarşı yönəldir", - o bildirib.

Lukaşenkonun fikrincə, Qərbin bu cür təzyiqlərinə cavab dost ölkələr arasında əməkdaşlıq olmalıdır:

"Cavabımız birdir: bir-birimizlə daha sıx işləməli, bu hücumlara qarşı birgə əməkdaşlıq etməliyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.