Dünya

HƏMAS girovları azad etmək üçün şərtini açıqladı

17 Oktyabr 2023 07:49
Baxış: 1 009
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

HƏMAS 7 oktyabr hücumunda əsir götürdüyü girovları İsrail həbsxanalarında saxlanılan 6 min fələstinli ilə dəyişmək niyyətindədir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu HƏMAS-ın xaricdəki nümayəndəliyinin rəhbəri Xalid Meşal deyib.

"Sionist (İsrail - red.) həbsxanalarında 6 min fələstinli kişi və qadın var ki, biz onları israilli əsirlərlə dəyişmək istəyirik", - o bildirib.

Qeyd edək ki, HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadasının sözçüsü Əbu Ubeydə əllərində 200-250 girov olduğunu açıqlayıb.

İsrail Müdafiə Ordusunun nümayəndəsi Daniel Haqari isə HƏMAS-ın 199 nəfəri girov saxladığını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.