Dünya

ABŞ Yaxın Şərqə qoşun göndərəcək?

13 Oktyabr 2023 18:56
Baxış: 623
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Yaxın Şərqə qoşun göndərməkdən imtinasını yenidən nəzərdən keçirə bilər.

Milli.Az "report"a istinadən bildirir ki,  bu barədə "Politico" qəzeti prezident Cozef Baydenin administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Belə ki, qərara yenidən baxılması ideyası HƏMAS-ın girov böhranı ilə əlaqədar gündəmə gəlib.

"Bayden administrasiyası girov saxlanılan amerikalıların azad edilməsi səyləri çərçivəsində Qəzzaya qoşunlar, o cümlədən xüsusi təyinatlılar göndərilməsini istisna edib. Lakin Ağ Evin yüksək rütbəli rəsmisi tərəfindən açıqlanan qərara yenidən baxıla bilər",-məlumatda vurğulanıb.

Nəşr qeyd edib ki, yekun nəticə münaqişənin eskalasiya səviyyəsindən asılı olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.