Dünya

Meşədə itmiş qədim yaşayış məskəni tapıldı

12 Oktyabr 2023 22:40
Baxış: 892
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amazon meşələri, məlum olduğu kimi, qədim insanların həyat izlərini özündə gizləyib saxlayan unikal təbiətə malikdir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, alimlər sıx meşə örtüyünə nüfuz etmək və insan fəaliyyətinin qədim izlərini aşkar etmək üçün lazer impulslarına əsaslanan ən müasir LIDAR texnologiyasından istifadə ediblər.

Tədqiqatçılar 5315 kvadrat kilometrlik böyük bir ərazini əhatə edən heyrətamiz qədim yaşayış məskəni aşkar edə biliblər. Bu ərazinin yalnız 10%-nin (6,7 milyon kvadrat kilometr) tədqiq edildiyini nəzərə alsaq, bu tapıntı əslində elə də təəccüblü deyil.

Alimlər qeyd edirlər ki, Amazonun cənubunda müdafiə və mərasim tikililəri olan qədim kənd yerləşib. Layihə əsasında böyük diqqətlə qurulmuş divarların qalıqları və yol şəbəkələri bu bölgədə yaşayan qədim cəmiyyətlərin yüksək təşkilati qabiliyyətə malik olduqlarından xəbər verir.

Bu heyrətamiz kəşflər alimlərin Amazon tropik meşələrinin insan fəaliyyəti nəticəsində məhv olmasından narahat olduqları bir vaxta təsadüf edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.