Dünya

Rusiyada minlərlə donuz yandırıldı

7 Oktyabr 2023 09:00
Baxış: 1 099
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Primorsk diyarında Afrika taununun yayılması səbəbindən təxminən beş min donuz yandırılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Heyvan Xəstəliklərinə Nəzarət üzrə Ussuri Baytarlıq Stansiyası məlumat yayıb.

Bildirilir ki, heyvanlar əvvəl yatızdırılıb, hazırda isə ərazidə Afrika donuz taunu ilə bağlı karantin tətbiq olunduğu üçün onların cəmdəkləri yandırılır.

Qeyd edək ki, klassik donuz taunu  - donuzların virus xəstəliyi olub, qızdırma, qan damarlarının və qanyaradıcı orqanların zədələnməsi, yoğun bağırsağın selikli qişasının iltihabı ilə xarakterizə olunur. Bu xəstəlik təsərrüfatlara böyük iqtisadi ziyan vurur: heyvanların ölüm nisbəti 80-100% təşkil edir. Həmçinin kütləvi ölümdən sonra binaların dezinfeksiya edilməsinə, heyvanların utilizasiyasına, karantin tədbirlərinə külli miqdarda vəsait xərclənməlidir.

Virus insanlar üçün təhlükə yaratmır, lakin insanlar infeksiyanın daşıyıcısı ola bilərlər. Afrika donuz taunu bu xəstəliyin daha təhlükəli növüdür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.