Dünya

Fransanı bürüyən gənələr Londonadək yayılıb

6 Oktyabr 2023 19:23
Baxış: 837
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Londonda gənə dişləməsilə bağlı insidentlər 70% artıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə yerli dezinfeksiya xidmətinin məlumatlarına istinadən xəbər yayılıb.

Təşkilatın məlumatına görə, 2021-2023-cü illər arasında gənələrin olduğu təsərrüfatların sayı əhəmiyyətli dərəcədə çoxalıb.

Bildirilir ki, gənələrin yayılma sürəti insanların kütləvi şəkildə səyahət etdikləri yay fəslində xüsusilə yüksəlib.

Hazırda həşəratlar tez-tez nəqliyyatda və ya xəstəxanalarda görünür.

Mikrobioloq David Keynin sözlərinə görə, Londondakı problemin miqyasını Parisdəki oxşar problemlərlə müqayisə etmək olar.

Ekspertin fikrincə, fərq ondadır ki, Fransa paytaxtının sakinləri problemdən danışır, ingilislər isə bu barədə susmağa çalışırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.