Dünya

Turistlər üçün bu qadağa tətbiq edildi

5 Oktyabr 2023 02:03
Baxış: 930
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyanın turizm bölgələrindən biri olan Florensiyada tarixi şəhər mərkəzinin sərhədləri daxilində turistlər üçün qısamüddətli ev kirayələrinə qadağan qoyulub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bununla bağlı Florensiya Şəhər Şurası tərəfindən qərar qəbul edilib.

Qərara əsasən, "Airbnb" kimi platformalar vasitəsilə qısamüddətli yaşayış üçün yeni evlərin kirayəsi qadağan edilib.

Həmçinin qərarda qısamüddətli kirayə modelindən imtina edərək evlərini uzunmüddətli kirayə verən ev sahibləri üçün mənzil vergilərində endirim də nəzərdə tutulub.

Florensiya bələdiyyə sədri Dario Nardella məsələ ilə bağlı açıqlamasında bu qərarın yerli əhalinin yardım çağırışına cavab olduğunu bildirib. Onun sözlərinə görə, qısamüddətli mənzil kirayəsi, həmçinin şəhərdə kirayə qiymətlərinin də artmasına səbəb olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.