Dünya

Ermənistanın dövlət borcu açıqlandı

29 Sentyabr 2023 10:56
Baxış: 1 382
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın dövlət borcu 2023-cü il avqustun 31-də 11 milyard 395,1 milyon dollar təşkil edib.

Milli.Az "report"a istinadən bildirir ki, bu ötən ilin uyğun dövrü ilə müqayisədə 9 faiz çox, 2022-ci il dekabrın 21-i ilə müqayisədə isə 5,4 faiz çoxdur.

Qeyd olunub ki, hökumətin borcu isə 10 milyard 844,1 milyon dollar olub.

Xarici borcun 91 faizi Ermənistan hökumətinin, 9 faizi isə Mərkəzi Bankın borcudur. Xarici və hökumət kreditlərinin ən böyük hissəsi Dünya Bankının payına düşür. Ermənistanın ikinci ən böyük kreditoru 18,8 faiz çəki ilə Asiya İnkişaf Bankı gəlir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.