"Binance" kriptovalyuta birjası sanksiyalar səbəbindən yaranan vəziyyətlə bağlı Rusiyadan çıxdığını elan edib. Birja bir neçə ay ərzində Rusiyadakı bütün biznes-istiqamətlərini bağlayacaq.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə birjanın normativ tələblər üzrə direktoru Noy Perlman deyib.
Onun məlumatına görə, "Binance" Rusiyadakı biznesinin "CommEX" şirkətinə satılması barədə saziş imzalayıb.
"Mövcud istifadəçilərin digər platformaya tam keçidinin təmin edilməsi bir ilə qədər vaxt aparacaq", - deyə Noy Perlman bildirib.
Milli.Az