Dünya

Video çəkdiyi zaman qız beton plitənin altında qalaraq öldü - FOTO

12 Sentyabr 2023 16:27
Baxış: 1 398
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dağıstanda Çirkeysk Su Elektrik Stansiyasının (SES) yaxınlığında beton plitənin uçması nəticəsində bir nəfər ölüb və bir nəfər yaralanıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, beton plitə yaxınlıqdakı avtomobillərin üzərinə yıxılaraq, yanında dayanan insanları əzib.

Verilən məlumatlara görə, 23 yaşlı Bətül X. ölüb, 24 yaşlı Kirill M. isə yaralanıb. Plitə qəflətən "Lada Granta" markalı avtomobilin üzərinə düşərək onun yanında dayanan və turistlər üçün videoçarxlar çəkməklə məşğul olan gəncləri əzib. Hazırda ölən qızın cəsədi dağıntılar altındadır, zərərçəkmiş isə Buynaksk xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, Çirkeysk SES-i Dubki kəndi yaxınlığında (Buinaksk rayonu) Sulak çayının üzərində yerləşir. O, Şimali Qafqazın ən güclü su elektrik stansiyasıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.