Dünya

Fransada silsilə terror hücumu gözlənilir - Nazir

10 Sentyabr 2023 21:00
Baxış: 809
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransanın daxili işlər naziri Gerald Darmanin ölkədə xaricdən planlaşdırılan terror hücumları təhlükəsi barədə xəbərdarlıq edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, o, bu hücumların 2015-ci ilin noyabrında Parisdəki hücumlara bənzəyəcəyini ehtimal edib.

"Biz özümüzü yenidən ortaya çıxan mümkün proqnozlaşdırılan təhlükədən sığortalayırıq, çünki bir sıra səbəblərə görə amerikalılar və fransızlar Sahele, Levant, Əfqanıstanda mövcudluğunu azaldıblar",- o bildirib.

Qeyd edək ki, 2015-ci ilin noyabr ayında Parisin bir sıra kütləvi məkanlarında xeyli insanın ölümü ilə nəticələnən silsilə terror aktları törədilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.