Dünya

Paşinyan Rusiya haqda arsız danışır - Zatulin

5 Sentyabr 2023 11:24
Baxış: 988
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın Baş naziri Nikol Paşinyan getdikcə daha çox Rusiyaya qarşı arsız bəyanatlar səsləndirir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini, ermənipərəst Konstantin Zatulin deyib.

"Paşinyan Rusiya haqqında getdikcə daha açıq və daha arsız danışır. Nümayəndə heyətlərimizlə rəsmi danışıqlar zamanı Paşinyan özünü daha çox düşməncəsinə aparır", - o bildirib.

Onun fikrincə, Nikolun bu davranışı onun Ermənistan müxalifətinin zəifliyinə inamı ilə bağlıdır:

"Paşinyan Ermənistanı Yaxın Şərq ölkəsinə çevirməyə doğru gedir. Harda ki, alıb-satmaq başlıca rol oynayır, ancaq şəxsi rifah var, milli maraqlar yoxdur".

Zatulin onu da bildirib ki, Paşinyanın ətrafında türklərlə, azərbaycanlılarla açıq şəkildə ortaq biznesə girən insanlar var ki, əvvəllər bu, qətiyyən mümkün deyildi.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.