Dünya

Putin şərtini açıqladı

4 Sentyabr 2023 20:30
Baxış: 2 032
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Rusiya Ukrayna taxılını bazara çıxaran və bununla da qlobal ərzaq böhranını yüngülləşdirən "Taxıl sazişi"nin bərpasına hazırdır".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bunun üçün Rusiyanın qida məhsullarına sanksiyaların aradan qaldırılması kifayətdir:

"Rusiya taxıl müqaviləsini bərpa etməyə hazırdır və bütün razılaşmalar yerinə yetirilən kimi bunu edəcək", - deyə o bildirib.

O, həmçinin Rusiyanın emal üçün Türkiyəyə bir milyon ton taxıl göndərəcəyini bildirib.

"Biz Rusiyadan 1 milyon ton taxılın emal üçün güzəştli qiymətlə Türkiyəyə tədarükünü, daha sonra isə yoxsul ölkələrə pulsuz daşınmasını təşkil etmək niyyətindəyik", - deyə Putin bildirib.

O, vurğulayıb ki, bir neçə həftə ərzində Rusiya Afrikanın altı ölkəsinə pulsuz taxıl tədarük etməyə başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.