Dünya

Ukraynanın indiyədək aldığı hərbi yardımın həcmi açıqlandı

4 Sentyabr 2023 17:04
Baxış: 900
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2022-ci il fevralın 24-də Rusiya-Ukrayna münaqişəsi başlayandan sonra Kiyev müttəfiqlərindən müxtəlif hərbi yardımlar şəklində təxminən 100 milyard dollar alıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna mətbuatına müsahibəsində ölkənin müdafiə naziri Aleksey Reznikov bildirib.

O, 50 milyard dollardan artıq vəsaitin ABŞ tərəfindən verildiyini və bu rəqəmin 60 milyard dollara yaxınlaşdığını vurğulayıb.

Bundan əlavə, Reznikov qeyd edib ki, Ukrayna Müdafiə Nazirliyinin bütün büdcəsi əsasən hərbçilərin maddi təminatına, eləcə də müxtəlif kompensasiyalara xərclənir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.