Dünya

İsrail ABŞ-dən daha 25 ədəd F-35 istəyir

3 Sentyabr 2023 22:08
Baxış: 736
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrailin müdafiə naziri Yoav Qalant daha 25 ədəd F-35 qırıcısı təyyarəsinin alınması sorğusu ilə əlaqədar ABŞ-yə məktub göndərib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb.

Nazirlik ABŞ-dən əlavə təyyarələrin nə vaxt alınacağını aydınlaşdırmayıb. Bununla belə, qəzet mənbələrə istinadən qeyd edir ki, tərəflər 2023-cü il boyu sorğunun təsdiqi prosedurunu başa çatdırmağı planlaşdırırlar. Eyni zamanda, yeni F-35-lər 2026-2027-ci illərdə İsrailə çata bilər.

Bu tədarüklərdən sonra İsrailin sərəncamında bu tip 75 təyyarə olacaq.

Nəşr diqqətə çatdırır ki, İsrail hərbi komandanlığı F-35-in onun Suriyadakı iranyönümlü birləşmələrə səmərəli zərbə endirməsi üçün vacib olduğuna inanır. Bundan başqa, F-35-in İsrailin İrandakı nüvə obyektlərinə zərbə endirmək qərarı verəcəyi təqdirdə hava hücumundan müdafiə sistemlərindən yan keçmək üçün lazım olacağı güman edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory