Dünya

Priqojinin təyyarəsi bu raketlə vurulub - ABŞ

24 Avqust 2023 22:08
Baxış: 1 842
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ hakimiyyəti hesab edir ki, Yevgeni Priqojinin olduğu təyyarə Rusiya ərazisindən buraxılan "yer-hava" sinfinə aid raketlə vurulub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Röyters" ABŞ-ın 2 məmuruna istinadla məlumat yayıb.

Adının çəkilməsini istəməyən rəsmilər məlumatın hələ ilkin olduğunu və dəqiqləşdirildiyini vurğulayıblar.

Qeyd edək ki, 23 avqustda Moskvadan Sankt-Peterburqa gedən biznes-jet Tver vilayətində qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 10 nəfərin hamısı ölüb. Ölənlər içərisində "Vaqner"in rəhbəri Yevgeni Priqojin və "Vaqner"in komandiri Dmitri Utkin də var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.