Dünya

Ruslarla əlbir olanlar Krımı tezliklə tərk etsinlər - Budanov

24 Avqust 2023 17:42
Baxış: 1 169
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İşğalçı hakimiyyətin cinayətlərində iştirak edən vətəndaşlar və ruslar ən yaxşısı Krımı tərk etsinlər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov deyib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri indi rus hərbçilərini Krımın istənilən yerindən ala bilərlər:

"Krımın hər hansı bir hissəsini hazırda vurmaq imkanımız var. Düşmənə hər yerdə çata bilərik. Düşmənlə əlbir olan vətəndaşlar tezliklə Krımdan çıxsınlar. Gözləyənlər isə hazır olmalı və ilk növbədə kəşfiyyat orqanlarına, daha sonra isə qoşunlar açıq yerə çıxanda kömək etmək üçün hər şeyi etməlidirlər".

Budanov bildirib ki, krımlıların köməyi yarımadanın tez və az itkilərlə işğaldan azad olunmasına gətirib çıxara bilər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.