Dünya

KİV: Priqojinin təyyarəsi raket vasitəsi ilə vurulub

23 Avqust 2023 22:23
Baxış: 1 462
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada "Vaqner" özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin olduğu təyyarə hava hücumundan müdafiə sistemi vasitəsi ilə açılan atəşlə vurulub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Vaqner" şirkətinə yaxın olan "Gray Zone" teleqram kanalı məlumat yayıb.

"Mash" teleqram kanalı öz növbəsində qeyd edib ki, təyyarə qəzasının şahidləri hadisədən əvvəl iki güclü partlayış səsi eşidiblər.

"Təyyarə Tver vilayətində qəzaya düşməmişdən əvvəl şahidlər iki güclü parrtlayış səsi eşidiblər. Bundan sonra qanad və stabilizator hava gəmisindən qopub" - məlumatda vurğulanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.