Dünya

Türkiyənin şimal-qərbində meşə yanğını olub

22 Avqust 2023 20:05
Baxış: 1 020
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin şimal-qərbində, Çanaqqala vilayətində meşə yanğını olub.

Milli.Az report-a istinadən xəbər verir ki, səlahiyyətlilər yanğın zonasının bilavasitə yaxınlığında yerləşən kəndlərdən birinin sakinlərini təxliyə edib.

Yanğının səbəbi hələlik məlum deyil. Lakin güclü küləyin təsiri altında yanğının sürətlə yayılması riski var. Söndürmə işlərinə yanğınsöndürən helikopterlər və təyyarələr, habelə çoxlu sayda yanğınsöndürmə briqadaları cəlb olunub.

Səlahiyyətlilər Çan və Çanaqqala şəhərləri arasındakı magistral yolu müvəqqəti bağlayıb. Hadisə bölgəsinə həkimlər və jandarma qüvvələrinin əlavə hissələri də göndərilib. Kayadərə kəndinin sakinləri təxliyə edilib. Bundan əlavə, Terzioğlu kənd sakinlərinə də müvəqqəti olaraq evlərini tərk etmələrinin mümkünlüyü ilə bağlı xəbərdarlıq edilib.

Yanğın nəticəsində ölən və ya yaralananlar barədə hələlik məlumat yoxdur. Yanğın zamanı bir neçə heyvan xəsarət alıb. Yerli sakinlər səlahiyyətlilərin köməyi ilə iribuynuzlu və xırdabuynuzlu mal-qaranı təhlükəsiz ərazilərə çıxarmağa çalışırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.