Dünya

Amerikalı ekspert: “Rusiya-Ukrayna müharibəsi ABŞ istədiyi zaman bitəcək”

22 Avqust 2023 16:20
Baxış: 1 047
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Rusiya-Ukrayna müharibəsi ABŞ istədiyi zaman bitəcək".

Milli.Az "report"a istinadən bildirir ki, bunu açıqlamasında ABŞ-nin "Maine" Universitetinin vitse-prezidenti Lizzi Vahab deyib.

O bildirib ki, müharibənin bitməsi üçün kilid nöqtə ABŞ-dəki növbəti prezident seçkiləridir: "Ruslar uzun bir oyun oynayırlar, ABŞ soyuq müharibədən bəri bir çox sanksiyalar həyata keçirib, lakin Rusiya hələ də gücə sahibdir. Mən sanksiyaların bu rəqəmsal dünyada irəliyə doğru yol olduğuna əmin deyiləm. Müharibənin nə vaxt bitəcəyinə gəldikdə isə bu, ABŞ istədiyi vaxt mümkün olacaq. Danışıqlar sadəcə bir prosesdir", - deyə o əlavə edib.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi ötən il fevral ayının 24-də başlayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.