Dünya

Zelenski Yunanıstana səfər edib

21 Avqust 2023 19:39
Baxış: 619
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Prezidenti Vladimir Zelenski Yunanıstana səfər edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Prezident Zelenski "Telegram" hesabında paylaşım edib.

Artıq Yunanıstana çatdığını bildirən videomüraciətində Zelenski bildirib ki, o, bu səfəri çərçivəsində Yunanıstan Prezidenti, Baş naziri ilə görüşlər keçirəcək.

Ukrayna dövlət başçısı qeyd edib ki, o, həmçinin Ukrayna-Balkan sammitində iştirak edəcək, Balkan liderləri ilə görüşəcək, Avropa və Avro-Atlantik inteqrasiyanın koordinasiyası, müdafiə sahəsində əməkdaşlıq, təhlükəsizlik məsələlərini müzakirə edəcək, həmçinin ikitərəfli məsələlər üzrə ayrı-ayrı danışıqlar aparacaq.

Vladimir Zelenski Yunanıstanda səfərdə olan Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə də görüşəcəyini də əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.