Dünya

Təbii fəlakət: Ölənlərin sayı 2 mini keçib

18 Avqust 2023 22:12
Baxış: 945
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanda mövsümi yağışların səbəb olduğu müxtəlif təbiət hadisələri nəticəsində son 4 ayda 2 mindən çox insan ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Hindistanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Ən çox ölüm hadisəsi Bihar və Himaçal-Pradeş ştatlarında qeydə alınıb (müvafiq olaraq 518 və 330 nəfər). Daşqınlar, sürüşmələr, ildırım çaxması və digər təbiət hadisələri nəticəsində 100-dən çox insan itkin düşüb, 1,5 min nəfər xəsarət alıb.

Daşqınlar zamanı 900-ə yaxın insan boğulub, 500-dən çox insan ildırım vurması nəticəsində ölüb, 186 nəfər sürüşmənin qurbanı olub. 450-dən çox insanın ölümünə isə başqa amillər səbəb olub. "Press Trust of India" agentliyi tərəfindən təqdim olunan məlumatlar 1 aprel - 17 avqust tarixlərini əhatə edir. Hindistanda yağışlı mövsüm, adətən, sentyabrda bitir.

Xatırladaq ki, 2022-ci ildə 2,2 min insan əlverişsiz hava və təbiət hadisələri nəticəsində ölmüşdü.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.