Dünya

Çindən Rusiyaya gözlənilməz zərbə...

18 Avqust 2023 09:10
Baxış: 1 330
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya olmadan Çinin iştirakı ilə sülh danışıqlarının formatı Moskvada çox ağrılı qəbul edilir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu rusiyalı hüquqşünas Mark Feygin deyib.

"Bütün Rusiya iqtisadiyyatı Asiyaya yönləndirilir. Asiya isə ilk növbədə Çindir. Bu, Moskva üçün ağrılıdır. Burada onsuz ona necə təzyiq göstərəcəklərinə qərar verirlər. Qərb artıq təzyiq göstərir və burada yeni oyunçu da qoşulur ki, bu da Moskvaya bu qarşıdurmada potensial müttəfiq kimi görünürdü", - Feygin bildirib.

Feyginin sözlərinə görə, Moskvasız sülh danışıqlarının aparılmasının motivlərindən biri Rusiyanın taxıl müqaviləsindən çıxmasıdır:

"Bu formatın perspektivi var. Amma hər şey onların Moskvaya necə təzyiq göstərməyə razı olmasından asılıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.