Dünya

Türkiyədə temperatur rekordu qeydə alındı

16 Avqust 2023 08:43
Baxış: 631
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki bu gün ölkədə temperatur rekordunun qırıldığını açıqlayıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, nazir bununla bağlı sosial media hesabında yazıb.

"Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyi Meteorologiya Ümumi Müdirliyinin məlumatlarına görə, ən yüksək temperatur Eskişehirdə 49,5 dərəcə ilə Sarıcakaya ölçüldü", - nazir qeyd edib.

Nazir Özhaseki, köhnə rekordun 20 iyul 2021-ci ildə Şırnakın Cizre şəhərində 49,1 dərəcə ilə ölçüldüyünü xatırladıb.

"Cənab Rəcəb Tayyib Ərdoğanın təyin etdiyi 2053 Net Sıfır Emissiya və Yaşıl İnkişaf hədəflərimizə uyğun olaraq hər kəsi həssas olmağa dəvət edirəm", - o əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.