Dünya

Zelenski müdafiə nazirini işdən çıxarır?

11 Avqust 2023 08:22
Baxış: 1 077
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna müdafiə naziri Aleksey Reznikov tutduğu vəzifədən uzaqlaşdırıla bilər.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə Ukrayinskaya Pravda nəşri Zelenskinin ofisindəki mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Ukrayna Prezidenti Vladimir Zelenski Aleksey Reznikovun tutduğu vəzifədən uzaqlaşdırılması imkanını nəzərdən keçirir.

"Birinci namizəd Ukraynanın baş nazirinin müavini və yenidənqurma naziri Aleksandr Kubrakov, ikincisi isə Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışindir", - deyə qeyd olunub.

Reznikovun özü isə Ukraynanın Birləşmiş Krallıqdakı səfiri ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.