Dünya

ABŞ Rusiyanı Gürcüstanla bağlı məsuliyyətə cəlb etmək istəyir

10 Avqust 2023 07:14
Baxış: 726
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerika Birləşmiş Ştatları (ABŞ) Rusiyanı Gürcüstanla bağlı məsuliyyətə cəlb etmək istəyir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, buna səbəb 2008-ci ildə Rusiyanın Gürcüstana qarşı təcavüzü və onun ərazisindən qoşunların çıxarılmasına dair razılaşmaya əməl etməməsidir.

ABŞ dövlət katibi Antoni Blinken Gürcüstana qarşı təcavüzün 15-ci ildönümü ilə əlaqədar bildirib ki, Gürcüstan xalqı Rusiyanın beynəlxalq hüquqa məhəl qoymaması və qonşuları üzərində hökmranlıq etmək istəyi səbəbindən əziyyət çəkib.

O qeyd edib ki, ABŞ qoşunların işğaldan əvvəlki mövqelərə geri çəkilməsini nəzərdə tutan və 2008-ci ildə imzalanmış altı bəndlik atəşkəs razılaşmasına əməl etmədiyinə görə Rusiya Federasiyasını məsuliyyətə cəlb etməkdə qətiyyətlidir.

Həmçinin Rusiya Federasiyası Gürcüstanın qondarma regionlarının - Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaqdan imtina etməlidir ki, məcburi köçkünlər təhlükəsiz şəkildə evlərinə qayıda bilsinlər.

"Və 15 il sonra da ABŞ Gürcüstan xalqını və onun Avro-Atlantik inteqrasiyaya olan böyük istəyini dəstəkləməyə davam edir", - deyə Blinken fikrini yekunlaşdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.